Azərbaycan

Welcome Qonaq | RSS
MENU | My profile | Çıxış
TARİXİMİZİ UNUTMAYAQ
MENU
BÖLMƏLƏR
 
 
 

Futbol Klipləri 

 
 
 
 
 
DAXİL OL
TƏQVİM
«  Fevral 2009  »
SuB.eÇ.aÇC.aCSa
1234567
891011121314
15161718192021
22232425262728
AXTARIŞ
DOST SAYTLAR
SAYĞAC
AZƏRBAYCAN PREMYER LİQASI
AZƏRBAYCAN    PREMYER LIQASI
"İnter" 13 31
"Bakı" 13 29
"Simurq" 13 28
"Xəzər-Lənkəran" 13 26
"Olimpik" 13 25
"Karvan" 13 25
"Qarabağ" 13 24
"Standard" 13 20
"Neftçi" 13 13
"Qəbələ" 13 12
"Bakılı" 13 6
"Muğan" 13 5
MOİK 13 5
"Turan" 13 4
TARİX
Hedef Turan [Official site]
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür
.
TARİX

-Xankəndi (26.12.1991)
-
Xocalı (26.02.1992)
- Şuşa (08.05.1992)

- Laçın (17.05.1992)
- Xocavənd (02.10.1992)
- Kəlbəcər (3-4.04.1993)
- Ağdərə (07.07.1993)
- Ağdam (23.07.1993)
- Cəbrayıl (23.08.1993)
- Fizuli (23.08.1993)
- Qubadlı (31.08.1993)
- Zəngilan (30.10.1993)
BANNER

SORĞU
Azərbayan Primer Liqasında

Total of answers: 86
SAYTDA VƏZİYYƏT

Hal hazırda saytda olanlar 1
Qonaqlar 1
İstifedəçiər 0
Ardını Oxu!!!!
Ana Səhifə » 2009 » Fevral » 27 » Xocalı Faciəsi
Xocalı Faciəsi
18:30
  
 
 
 

  
XOCALI FACİƏSİ

 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

 

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

 

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

 

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

 

 Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

 

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

 

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

 

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

 

 Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

 

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

 

25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.

 

Bölmə: Azərbaycan | Baxılıb: 7906 | Əlavə Etdi: futbolcu | Səsvermə: 10.0/5 |
Ümumi Şərhlər: 0
Only registered users can add comments.
[ Registration | Login ]
ERMƏNİ TERROR TƏŞKİLATLARI
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.
UCOZ sevisi
Azərbaycan Respublikası, Bakı şəhəri
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2008-2009 © futbolcu.ucoz.com saytından istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman
futbolcu@freemail.ru vasitəsilə əlaqə saxlayın! |